"Aston Villa"nın baş məşqçisi Unai Emeri Avropa Superkuboku çərçivəsində PSJ ilə qarşılaşma öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Zaltsburqda keçiriləcək oyundan əvvəl ispaniyalı mütəxəssis bu sözləri deyib:

"Belə səviyyəli baş məşqçi və oyunçulara malik komandaya qarşı oynamaq əsl sınaqdır. Ən yaxşılarla qarşılaşmağı sevirəm, çünki bu, məni daha güclü edir. Öyrəndiklərimin və təcrübəmin hamısından istifadə edirəm, daim inkişaf etməyə çalışıram və klubdakı hər kəsin irəli getmək istəyi məni sevindirir.

Mübarizə aparacağıq. Optimal heyətimiz olmayacaq, lakin PSJ-də də eyni vəziyyətdədir. Əlimizdən gələni edəcəyik, amma favorit "PSJ" olaraq qalır".