Ferran Torresin "Barselona"dan PSJ-yə keçidi üçün klublar arasında şifahi razılıq əldə olunub.

Offsideplus.az xəbər verir ki, tərəflər 26 yaşlı hücumçunun transferi üçün 55 milyon avro (bonuslar daxil olmaqla) məbləğində razılaşıb.

Hazırda tibbi baxış və müqavilənin imzalanmasından əvvəl son detalları həll etmək qalır.

Ferran Torres "Barselona"da beş mövsüm çıxış edib. O, ötən mövsüm La Liqada 33 oyunda 16 qol vurub (bu göstərici ilə Lamin Yamal ilə birlikdə komandanın ən yaxşısı olub), 2 məhsuldar ötürmə verib və 2 sarı vərəqə alıb.