Uruqvay millisinin yeni baş məşqçisi Dieqo Forlan 39 yaşlı Luis Suaresin yenidən yığmaya dəvət oluna biləcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, Forlan bu barədə açıqlamasında bunları deyib: "Luisə böyük hörmətim var və ona həqiqətən inanıram. Əgər o, hazırdırsa, niyə həftə ərzində özünü göstərən, təcrübəli və qol vuran bir oyunçunu seçməyək? Sonra nə olacağını görəcəyik, heç kim Luisin kim olduğunu inkar edə bilməz".
Luis Suares sonuncu dəfə Uruqvay millisində 2024-cü ildə çıxış edib. Hazırda "İnter Mayami"də oynayan hücumçunun 39 yaşı var.


