NBA-nın Kavai Leonard və "Los Anceles Klipers"lə bağlı apardığı araşdırma ətrafında yaranan vəziyyət ciddi narahatlıq yaradıb. Tanınmış basketbol eksperti Brayan Uindhorst bu barədə danışıb və mövcud vəziyyətin asanlıqla başa düşülə biləcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, Uindhorst bildirib ki, bəzi mənbələr, o cümlədən The Athletic, liqanın Kavai ilə bağlı başqa bir razılaşmanı da araşdırdığını qeyd edib. Məhz bu səbəbdən "Toronto"ya mümkün transfer dayandırılıb. Ekspert əlavə edib ki, Daktronics şirkətinin bu məsələ ilə bağlı tam təkzibedici açıqlama verməməsi də diqqət çəkir. Şirkətin böhran kommunikasiyası üzrə mütəxəssisi yalnız "Kavai ilə hazırda müqaviləmiz yoxdur" deyib, lakin bu, tam təkzib sayıla bilməz. Uindhorst qeyd edib ki, bir neçə gündür heç bir rəsmi reaksiya yoxdur və bu, vəziyyəti daha da narahat edici edir. O, yaxın 12 saat ərzində nəsə dəyişə biləcəyini istisna etməyib, lakin hazırda tam təkzib olmadığını vurğulayıb.


