"Barselona" 2026/27 mövsümü üçün Nike tərəfindən hazırlanmış üçüncü formasını ictimaiyyətə təqdim edib.
Offsideplus.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarında yayılan açıqlamada yeni formanı "Barselona"nın oyunçularının klub haqda arzusundan ilhamlandığı bildirilib. "Biz yeni üçüncü formamızı təqdim edirik. Bu forma "Barselona" haqqında xəyalların hissindən ilhamlanıb. Oyunçularımız meydanda bu emblemi daşımazdan əvvəl tribunada, məktəb həyətində və ya harada olursa-olsun, "Barselona"nın bir parçası olmağı arzulayıblar və bu rəngləri qürurla geyiniblər. Yeni forma klubun yalnız özünə məxsus tarixini tərənnüm edir: əvvəlcə "kules" (azarkeş) kimi böyüyən, sonra isə yeni nəsli ruhlandıran oyunçuların tarixini" – deyə klubun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, yeni üçüncü forma bənövşəyi-mavi rəngdədir. Klub daha əvvəl 2026/27 mövsümünün ev və səfər formalarını da təqdim edib.


