Konfrans Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ” - “Dinamo” (Kiyev) oyunundan əvvəl mətbuat konfransı keçirilib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin önünə çıxıb:
“Sabah”ı təbrik edirəm. Çempionlar Liqasının pley-offuna vəsiqə qazandılar. Çox böyük uğurdur.
Yaxşı hazırlaşmışıq. Yaxşı nəticə əldə etməyə çalışırıq. Qarşımızda 1:0 öndə, yaxşı müdafiə olan komanda olsa da, inanırıq”.
O, ilk oyundakı fərdi səhvlərdən də söz açıb:
“Hücum xəttində bəzi rotasiyalar var. Cəbrayıl ilk oyunda da əsas heyətdə idi. Pis oynamamışdı. Bəzən narahatlıq olur, onda da rəqib daha yaxın olur. Səhvlər mütləq azalmalıdır”.
Zubirin mərkəzdə oynaması barədə isə təcrübəli mütəxəssis bunları söyləyib:
“Bəzən oynamayan oyunçular bu haqda düşünməlidir. O yerin oyunçusu niyə oynamır? Özləri düşünməlidir”.
Son 3 oyunda qol vura bilməmək haqqında:
“Psixoloji basqı yaradırmı? Yaradır. İllərdir işin içindıyəm deyə bunu görürəm. Futbolçular nə qədər effektiv olsa, o qədər inamlı olurlar. Hansısa müddətdə belə olur”.
Kaşukun mərkəzdə oynaması barədə:
“Ən üstün cəhəti vuran ayağıdır, qol vurmaqdır. Məşqlərdə də ən sərrast oyunçulardandır. Fiziki baxımdan ən hazırlıqlı olanlardan biri odur. Musa 90 dəqiqə oynamayıb, digərləro tam hazır deyil. Sabah da rotasiya edəcəyik. Qol epizodlarına girdi, sadəcə istifafə edə bilmədi”.


