“Gəncə” basketbol klubunda ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Köməkçi məşqçi Mustafa Yıldızla əməkdaşlıq başa çatıb. Türkiyəli mütəxəssislə müqavilə yenilənməyib. 

Klub yaydığı məlumatda fəaliyyətinə görə Mustafa Yıldıza təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.