"Sabah" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka "Orhus"unu keçərək (4:0, ilk oyun – 1:2) pley-offa yüksəlməklə təmin etdiyi minimum gəlir məlum olub.
Offsideplus.az xəbər verir ki, pley-offda İsrail "Hapoel Bəər-Şeva"sı ilə qarşılaşacaq Bakı təmsilçisi bu mərhələyə adlamaqla artıq ən azı 8,6 milyon avro (təxminən 16,9 milyon manat) qazanmağı zəmanət altına alıb.
-
Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağı halda: Minimum 18,62 milyon avro (təxminən 36,5 milyon manat).
-
Pley-offda məğlub olub Avropa Liqasının əsas mərhələsinə düşəcəyi halda: Pley-offda məğlubiyyətə görə 4,29 milyon avro və Avropa Liqasının qrup mərhələsində iştiraka görə 4,31 milyon avro olmaqla, cəmi 8,6 milyon avro (təxminən 16,9 milyon manat).


