Təcrübəli müdafiəçi Bredli Bilin yenidən 'Klipers'ə qayıtmaq ehtimalı gündəmdədir. O, ötən mövsüm də bu komandanın heyətində çıxış edib və hazırda azad agent statusundadır.

Offsideplus.az xəbər verir ki, Bredli Bilə 'Mayami Hit'in də maraq göstərdiyi bildirilir. 33 yaşlı oyunçu daha əvvəl 'Klipers'lə müqaviləsində 2026/27 mövsümünə olan oyunçu seçimini rədd edib və bu səbəbdən 5,6 milyon dollar gəlirdən imtina edib. Keçən mövsüm noyabr ayında bud sümüyündəki sınıq səbəbindən mövsümü vaxtından əvvəl başa vurub. Zədə aldığı ana qədər Bil 6 oyunda orta hesabla 8,2 xal və 1,7 assist göstərib, meydançada isə 20,2 dəqiqə keçirib.