Filadelfiyanın gənc müdafiəçisi Tayriz Maksi ulduz oyunçular LeBron Ceyms və Ceylen Braunla birgə çıxış edərkən fərdi ambisiyalarını kənara qoymağa hazır olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Maksi əsas məqsədinin qələbə qazanmaq olduğunu vurğulayıb: "Ən çox istədiyim qalib gəlməkdir. Mən müxtəlif oyunçularla və fərqli heyətlərdə oynamışam. Bəzən nəyisə dəyişməli olacağam, amma bu, komandanın inkişaf dinamikası ilə bağlıdır və biz bunun 70 oyuna qədər uzanmasını istəmirik. Həmin 70 oyun ərzində isə oyunumuzu tam balanslaşdırmaq mümkündür. Elə qarşılaşmalar olacaq ki, mən 18-20 xal toplayacağam və qalib gələcəyik. Bəzən isə 35 xal vuracağam və yenə də qələbə bizim olacaq. Elə matçlar da olacaq ki, Ceylen Braun 45 xal toplayacaq və yenə biz qalib gələcəyik", – deyə Maksi qeyd edib.