"Liverpul"un yarımmüdafiəçisi Kertis Cons "İnter"in yay transfer pəncərəsində əsas hədəflərindən biridir.

Offsideplus.az xəbər verir ki, Milan klubu ingilis futbolçunu 35 milyon avroya transfer edə bilər. "İnter"in Davide Frattezinin "Latsio" və ya "Nottingem Forest"ə keçidindən sonra Cons üçün yeni təklif göndərəcəyi gözlənilir.