“Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticələr qazanaq”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin basketbolçusu Cəbrayıl Əkbərov deyib.

"Neftçi" basketbol klubuna transfer olan idmançı keçidi haqqında danışıb:

"Onlar təklif etdi, mən də o təklifi qəbul etdim. Hər şey bu qədər sadə baş verdi. 

Komandaya adaptasiya yaxşı keçir. Demək olar ki, hamı bu komandada yenidir və çalışırıq ki, bir-birimizi yaxşı tanıyaq”.

Əkbərov gələcək hədəflərdən də danışıb:

“İlk növbədə, Avropa Liqasının seçmə mərhələsini keçməkdir. Ondan sonra qruplarda yetərincə yaxşı nəticə göstərməyə çalışacağıq. Həm liqamızda, həm də kubokda istəyirik və çalışırıq ki, ən yaxşı nəticələr olsun”.

Qeyd edək ki, "Neftçi" 194 sm boya malik oyunçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalayıb.

24 yaşlı basketbolçunun son klubu "Gəncə" olub.