PSJ və Rusiya millisinin qapıçısı Matvey Safonov penaltilərə hazırlıq mərasimi və psixoloji oyunlar barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Safonov penalti seriyasında rəqiblərin gözlənilməz qərarlarından danışıb:

"Çempionlar Liqasının finalında ikinci zərbədə başa düşdüm ki, nəsə qaydasında deyil. Futbolçular karyeraları boyu vurmadıqları istiqamətə zərbə endirməyə başladılar. Üç oyunçu elə zərbə vurdu ki, bunu daha əvvəl etməmişdilər. Bir anda anladım ki, məni aldadırlar. Dəyişiklik etmək lazım idi".