Tofiq Musayev bu gecə UFC-də növbəti döyüşünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, yüngül çəki dərəcəsində keçiriləcək döyüşün Bakı vaxtı ilə saat 3-də başlaması gözlənilir.

Azərbaycanlı MMA ulduzu artıq çəkiölçmə mərasimində iştirak edib (155 lb) və oktaqona çıxmağa tam hazırdır. Tofiqin rəqibi azərbaycanlılara o qədər də yad olmayan İqnasio Bahamondesdir.

Xatırladaq ki, Rafael Fiziyev İqnasio Bahamondesi Bakıda keçirilən UFC Döyüş Gecəsində məğlub etmişdi.