"Mançester Siti"nin hücumçusu Erlinq Haaland cari mövsümdə komandasının ən yaxşı oyunçusu seçilib.

Offsideplus.az ESPN nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin cəminə (37) görə bütün rəqiblərini üstələyib.

Bu göstərici ilə norveçli forvard Premyer Liqanın digər futbolçularını ən azı 12 xal qabaqlayır.