"Salah möhtəşəm futbolçudur”.
Offsideplus.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp deyib. Mütəxəssis Məhəmməd Salah haqqında danışıb:
“O, peşəkar futbolçular üçün tamamilə yeni bir standart müəyyənləşdirib.
Salah "Liverpul"dan gedir, ancaq ən yüksək səviyyədə 6 və ya 7 il oynaya bilər. Buna təəccüblənmərəm. “Liverpul"dan ayrılacağı üçün kədərliyəm. Salahın karyerasının bir hissəsi olduğum üçün qürur duyuram".
Qeyd edək ki, 34 yaşlı hücumçu yayda “mersisaydlılar”dan ayrılacağını bildirib.


