Avropa zonası üzrə dünya çempionatına vəsiqə qazanacaq komandaların adına martın 31-də aydınlıq gələcək. 

Offsideplus.az xəbər verir ki, "Football Meets Data" analitika saytı 8 komandanın şanslarını dəyərləndirib. Analitika saytı İtaliya, İsveç, Danimarka və Türkiyənin Dünya Kubokuna yollanacağını proqnoz verir. 

1. İtaliya - 70%

2. İsveç - 56%

3. Danimarka - 55%

4. Türkiyə - 55%

5. Kosovo - 45%

6. Çexiya - 45%

7. Polşa - 44%

8. Bosniya və Herseqovina - 30%

Qeyd edək ki, Kosovo - Türkiyə, Bosniya və Herseqovina - İtaliya, İsveç - Polşa, Çexiya - Danimarka qarşılaşmaları 31 mart Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.