Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-a ev sahibliyi edəcək. Tədbirin miqyası böyük olduğundan və bəzi təhlükəsizlik qaydaları səbəbindən ölkədə müəyyən ediləcək məqamlara məhdudiyyət qoyulacaq. Görəsən, həmin müddətdə Azərbaycan futbol çempionatlarının taleyi necə olacaq?

Offsideplus.az xəbər verir ki, yeni mövsümün püşkatma mərasimində PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov sözügedən məqama aydınlıq gətirib:

"Bu məsələni ötən mövsümün sonlarından müzakirə edirik. Həmin ərəfədə I və II Liqanın, həmçinin ölkə kubokunun oyunları nəzərdə tutulmur. Misli Premyer Liqasının matçları isə həmin dövr üçün milli fasiləyə təsadüf etdiyindən hər hansı tənzimləmələrə ehtiyac olmayacaq. Bütün bunlar nəzərə alınıb".