Türkiyə millisindən İsmail Yüksek Macarıstan ilə cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, jurnalistlərin önünə çıxan 26 yaşlı oyunçu zədəsinin ciddiyyətindən danışıb:

"Bəlkə də karyeramda ilk dəfə fərqli yerlərdən əzələ zədəsi yaşadım. Üst-üstə 2 dəfə oldu. Hazırda yaxşıyam. Allah betərindən qorusun. Macarıstanla oyunda da şans verilsə, tam hazıram".

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.