UEFA Millətlər Liqasında Macarıstanla cavab oyunuöncəsi Türkiyə millisində itki baş verib.

Offsideplus.az xəbər verir ki, Macarıstana qarşı ilk görüşdə zədələnərək meydanı tərk edən Kaan Ayhanın cavab oyununda iştirak edə bilməyəcəyi dəqiqləşib. 

"Qalatasaray"dan yığmaya dəvət edilən oyunçunun müalicəsi davam etdirilir.

Qeyd edək ki, Macarıstan - Türkiyə cütünün cavab qarşılaşması sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək.