İtaliya nəhəngi “Yuventus” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün “Arsenal”ın ulduz futbolçusu Rahim Sterlinqi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin sabiq hücumçusu “topçular”ın əsas heyətində müntəzəm oynasa da, Turin klubu onun təcrübəsinə və sürətinə güvənərək transferi reallaşdırmaq niyyətindədir. İtaliya mediasına görə, “Yuventus” Sterlinqi heyətinə qatmaq üçün ya icarə, ya da daimi transfer variantlarını dəyərləndirir.
Onun “Arsenal”la mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. London təmsilçisinin onun gedişinə necə yanaşacağı isə hələlik bilinmir.