2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.

Offsideplus.az xəbər verir ki, I, J və L qruplarında yer alan komandalar ikinci turun matçlarına çıxıblar.

Bu günə nəzərdə tutulan 6 oyunla mart ayı üçün "köhnə qitə"də təsnifat görüşlərinə yekun vurulub.

D qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə mübarizəyə bu ilin sentyabrında başlayacaq.

I qrupu

21:00. Moldova - Estoniya 2:3

23:45. İsrail - Norveç 2:4

J qrupu

23:45. Şimali Makedoniya - Uels 1:1

23:45. Lixtenşteyn - Qazaxıstan 0:2

L qrupu

23:45. Monteneqro - Farer Adaları 1:0

23:45. Cəbəllütariq - Çexiya 0:4