"Bayer"in futbolçusu Florian Virtslə "Bavariya" və "Mançester Siti" yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, hər iki klub gənc oyunçunu transfer etmək istəyir. Bu barədə "Sky" məlumat yayıb.

Leverkuzen klubu isə onun müqaviləsini uzadıb daha bir il komandada saxlamaq istəyir. 

"Bayer" Virtsin satış qiymətini 120-130 milyon avro olaraq düşünür.

O, cari mövsümdə bütün turnirlərdə 39 oyunda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.