"Vest Hem"in üzvü Tomaş Souçek vətəni Çexiyada ilin futbolçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ardıcıl 2-ci ümumilikdə isə 4-cü dəfə bu ada layiq görülüb.
O, 2020-ci ilin yanvarıdan London klubunda çıxış edir. Təcrübəli futbolçu 2023-cü ildə klubuyla Konfrans Liqasını qazanıb.
Souçek Çexiya millisində 77 oyuna 14 qol vurub.