ABŞ-ın "İnter Mayami" komandasının heyətinə yaxın günlərdə rəsmən yeni futbolçu cəlb olunacaq.
Offsideplus.az xəbər verir ki, Devid Bekhemin rəhbəri olduğu klub fransız Pol Poqba ilə müqaviləyə imza atmağa hazırlaşır.
32 yaşlı yarımmüdafiəçi "İnter Mayami"də artıq bir həftədir məşqlərə başlayıb. Bu müddət ərzində tərəflər mümkün əməkdaşlığın detallarını müzakirə ediblər və münasibətləri ən yaxın günlərdə rəsmiləşdirməyi qərara alıblar.
Poqbanın "İnter Mayami"yə cəlb olunmasında həllledici rolu komandanın kapitanı Lionel Messi oynayıb. Klub rəsmiləri onun tövsiyəsindən sonra futbolçunun məşqlərə qoşulması üçün lazımi şəraiti yaradıblar.
Qeyd edək ki, Fransa yığmasının və "Mançester Yunayted", "Yuventus" klublarının sabiq futbolçusu dopinq istifdə etdiyinə görə 2023-cü ilin oktyabrında 4 il diskvalifikasiya olunub. Daha sonra cəza müddəti 18 aya endirilən Poqba bu il martın 11-dən etibarən istənilən komandada oynamaq hüququna yiyələnib.