"Fənərbağça"nın gənc futbolçusu Yusuf Akçiçekin talibləri günü-gündən artır.

Offsideplus.az xəbər verir ki, daha bir mərkəz müdafiəçisi axtarışında olan "Mançester Yunayted" onunla yaxından maraqlanır. Bu barədə İngiltərənin "Mirror" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar"dan başqa "Tottenhem", "Bavariya", "Atletiko", "Napoli" və "Leyptsiq" də 19 yaşlı oyunçunu yaxından izləyir.

Yusuf 13 yaşında olarkən "Qalatasaray" akademiyasından "Fənərbağça"ya keçib. O, bu mövsümdən etibarən əsas komandanın üzvünə çevrilib.

"Sarı-lacıvərdlilər" gənc müdafiəçini yalnız çox yüksək bir məbləğ qarşılığında satmağı düşünür.