"Barselona" klubu "Nyukasl" 2 futbolçusunu birdən transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, katalon klubu həm Sandro Tonalini, həm də Aleksandr İsakı heyətinə qatmağa planlaşdırır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Blauqrana" 2 oyunçu üçün "kəsənin ağzını açmalı" olacaq. 

Transfermarkt portalına görə İsakın 100, Tonalinin isə 45 milyon avroluq bazar dəyəri var.