Superkompyuter Football Meets Data dünya çempionatının seçmə mərhələsi üçün proqnozlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, proqnoza əsasən, Azərbaycan milli komandası D qrupunda sonuncu pillədə qərarlaşacaq.
Fransa, Ukrayna və İslandiya kollektivləri ilə mübarizə aparacaq yığmamızın qrup qalibi olmaq şansı 0,2%-dir.
Superkompyuter Fransanın 1-ci, Ukraynanın 2-ci, İslandiyanın isə 3-cü olacağını proqnozlaşdırıb. Milli komandamızın 3-cü yeri tutmaq ehtimalı belə İslandiyadan təxminən 2 dəfə az qiymətləndirilib.
Təsnifat mərhələsinin oyunları bu ilin payızında gerçəkləşəcək.