Xorvatiyalı mütəxəssis İqor Tudor ötən günlərdə “Yuventus”un yeni çalışdırıcısı olub.

Offsideplus.az xəbər verir ki, 46 yaşlı mütəxəsis klub rəhbərliyindən zəng aldıqdan sonra heç tərəddüd etmədən avtomobilinə minib və 1000 kilometr məsafə qət edərək Turinə çatıb.

Həmin vaxt Tudor doğma şəhəri Splitdə idi və “Yuventus”un keçmiş baş məşqçi Tiyaqo Mottanın vəzifəsindən azad edilməsini gözləyirdi. O, təklif gələn kimi gecikmədən yola düşüb və dərhal müqavilə imzalayıb.

Tudor artıq işə başlayıb və milli komandaların düşərgəsində olmayan futbolçularla məşqlərə başlayıb.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis 1998–2007-ci illərdə “Yuventus”da futbolçu kimi çıxış edib və 2020–2021-ci illərdə klubun məşqçi korpusunda yer alıb.