"Milli komandaya gəldiyim zaman oyunun rəsmi və ya yoldaşlıq görüşü olması arasında fərq qoymuram. Düzdür, yoldaşlıq görüşlərində bəzi taktiki sxemlər, oyunçular sınaqdan keçirilir. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməliyik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının üzvü Mahir Emreli Belarusla bu gün keçiriləcək yoldaşlıq görüşü ərəfəsində deyib.
AFFA-nın mətbuat xidmətinə müsahibə verən 27 yaşlı hücumçu belarusluları məğlub etmək istədiklərini bldirib: "Belarus bizim "diş"imizə görədir. Ümiid edirəm ki, bu görüşdən maksimum yararlanar, yaxşı futbol nümayiş etdirər və azarkeşlərimizin üzünü güldürərik. Əlimizdən gələni edəcəyik".
M.Emreli Azərbaycan və Belarus komandaları arasında keçirilən son matçı da xatırladıb: "Həmin görüşü yaxşı xatırlayıram. İlk dəqiqələrdən ehtiyatda qaldığımdan bir az əsəbi, narazı idm. Etik çərçivədə, futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır. Amma sonra meydançaya daxil olaraq, 1 qol vurdum və digər qolun məhsuldar ötürməsini verdim. Mənim qolum gözəl alınmışdı. Həmin oyuna qədər axırıncı 5 qarşılaşmada nə qol vura bilirdik. nə də qələbə qazanırdıq. Belarusla oyundan sonra yüksəlişə keçdik, ardıcıl 5 matçda qalib gəldik".
Qeyd edək ki, Azərbaycan - Belarus görüşü bu gün saat 21:45-də başlanacaq.