“Real Madrid”ə transferi ilə böyük maraq oyandıran Arda Gülerin klubdakı gələcəyi ilə bağlı son dövrlərdə müxtəlif xəbərlər gündəmdədir. 

Offsideplus.az xəbər verir ki, onun mövsüm sonunda “Real Madrid”dən ayrılma ehtimalı gündəmdədir.

Türkiyəli futbolçu klubdakı gələcəyi ilə bağlı inamlı danışıb. İspaniyanın məşhur “Marca” nəşrinə verdiyi açıqlamada dünya nəhəngində uğur qazanacağına əmin olduğunu deyib:

“”Real Madrid”də uğur qazanacağıma əminəm. Hətta Madriddə ev almışam. Macarıstan ilə matçda oynamağa hazır olduğumu göstərdim”.