İspaniya yığmasının heyətinə təcili futbolçu çağırılıb.

Offsideplus.az xəbər verir ki, İtaliyanın "Latsio" klubunun üzvü Mario Xila ən yaxın saatlarda yığmanın düşərgəsində olmalıdır.

O, dünən UEFA Millətlər Liqasının pley-off mərhələsində Niderlandla səfər görüşündə (2:2) zədələnən "Barselona"nın müdafiəçisi Pau Kubarsini əvəzləyəcək.

İspaniya və Niderland arasında cavab görüşü martın 25-də gerçəkləşəcək.

BU DA MARAQLIDIR:

Braziliyadan çətin qələbə: Vinisius qəhrəman oldu - VİDEO