İspaniyanın"Barselona" klubu Pau Kubarsi ilə bağlı bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, bəyanatda futbolçunun son fiziki durumu barədə məlumat yayılıb.

"Bu gün səhər aparılan tibbi analizlər göstərdi ki, Kubarsinin sağ topuğunun ön bağı burxulub. O, müvafiq üsulla müalicə olunur. Futbolçunun fiziki durumu 48 saatdan sonra aparılacaq növbəti müayinədən sonra qiymətləndiriləcək", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Kubarsi UEFA Millətlər Liqasının İspaniya - Niderland (2:2) oyununun 41-ci dəqiqəsində zədələnərək, meydançanı tərk edib.