İsveçrənin Nyon şəhərində UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, iclasda AFFA-da Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov komitə üzvü olaraq iştirak edib. Toplantı zamanı aşağıdakı məsələlər müzakirəyə çıxarılıb:
- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;
- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;
- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;
- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;
- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.