Tarixində ilk dəfə Dünya Kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, yığmamız mötəbər turnirdə Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer və Dina Ulyanovadan ibarət heyətlə təmsil olunacaq.

Qeyd edək ki, iyunun 1-dən 7-dək Polşanın paytaxtı Varşavada təşkil ediləcək Dünya Kubokunda millimiz A qrupunda yer alıb.

Basketbolçularımız qrup mərhələsində Niderland, Polşa, Çexiya və Madaqaskar yığmaları ilə qarşılaşacaqlar.