"Sumqayıt" baş məşqçi Saşa İliçlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı mütəxəssisin başa çatan müqaviləsi uzadılmayıb.
O, ötən ilin yayından "kimyaçılar"ı çalışdırırdı.
Qeyd edək ki, "Sumqayıt" Misli Premyer Liqasında cari mövsümü 41 xalla 7-ci yerdə başa vurub.


