"Nyu-York Niks" pley-off mərhələsindəki qələbə seriyasını klub rekordu olan 11 oyuna çatdıraraq 1999-cu ildən bəri ilk dəfə NBA finalına yüksəlib.
Offsideplus.az xəbər verir ki, Şərq Konfransının finalında "Klivlend Kavalers"i seriyada 4:0 hesabı ilə darmadağın edən Nyu-York təmsilçisi sonuncu matçda 130:93 hesablı parlaq qələbə qazanıb.
Tarixdə cəmi iki dəfə (1970 və 1973) çempionluq sevinci yaşayan "Niks"in finaldakı rəqibi Qərb Konfransında "Oklahoma-Siti Tander" - "San-Antonio Spörs" (seriyada hesab 2:2-dir) cütlüyünün qalibi olacaq. Final seriyası iyunun 3-də başlayacaq.
"Klivlend"lə son qarşılaşmada Karl-Entoni Tauns 19 xal və 14 ribaund, O.Ci Anunobi 17 xal, ehtiyatdan oyuna daxil olan Lendri Şemet isə 4-də 4 dəqiq üç xallıq zərbə ilə 16 xal qazanaraq komandanın qələbəsində böyük pay sahibi olublar.


