Luka Modriç "Real Madrid" klubundakı gələcəyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin cari mövsümün sonunda "əflatun bəyazlar" ilə müqaviləsinin müddəti başa çatacaq. O, klubda qalmaq istədiyini dilə gətirib:
"Real Madrid" klubu ilə yeni müqavilə? Tələsmirik. Mövsüm hələ davam edir, qarşıda çoxlu oyunlarımız var. Ondan sonra nə olacağını görəcəyik. "Real Madrid" klubunda karyeramı bitirmək arzumdur".
Qeyd edək ki, Luka 2012-ci ildən Madrid komandasının formasını geyinir.