İstanbulun "Fənərbağça" klubunda əfsanəyə çevrilmiş Aleks de Souza özünü yeni vəzifədə sınayacaq.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı veteran futbolçu Braziliyanın "Koritiba" klubunda idman direktoru postuna təyin olunub.

O, indiyədək heç vaxt baş məşqçilikdən savayı vəzifəni icra etməyib. Aleks de Souza sonuncu dəfə Türkiyədə çalışıb. Ötən ilin mayında "Antalyaspor"la müqavilə bağlayan braziliyalı çalışdırıcı uğursuz nəticələrə görə, bu ilin yanvarında istefaya göndərilib. 

"Koritiba"ya gəlincə, bu klub Aleks de Souza üçün çox doğmadır. Kuritiba şəhərində doğulan və yerli komandada yetişən futbolçu karyerasını məhz "Koritiba"da başa vurub.

Qeyd edək ki, Aleks de Souza 2004-12-ci illərdə "Fənərbağça"nın heyətində 245 matçda 136 qol vurub, 3 dəfə Türkiyə çempionu, 1 dəfə Türkiyə Kuboku, 2 dəfə isə Türkiyə Superkubokunu qazanıb.

BU DA MARAQLIDIR:

"Fənərbağça"nın ulduzunun "Qalatasaray"la oyunöncəsi burnu qırıldı