17 yaşlılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, yığmamız ikinci tur çərçivəsində Uelslə qüvvəsini sınayıb.
Matç qolsuz bərabərliklə başa çatıb.
Futbolçularımız ilk görüşdə Albaniyaya 1:4 hesabı ilə məğlub olmuşdular.
Bu nəticələrdən sonra yığmamızın növbəti mərhələyə keçə bilməyəcəyi dəqiqləşib. Yalnız qrup qalibi seçmə mərhələdə iştirakını davam etdirir
Yığmamızın qrupda ikinci, yoxsa üçüncü yeri tutacağına martın 25-də keçiriləcək Uels - Albaniya matçından sonra aydınlıq gələcək.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyanın Elbasan şəhərində keçirilir.