AFFA 2 nəfəri futbolla bağlı fəaliyyətdən uzaqlaşdırıb.
Offsideplus.az xəbər verir ki, bunlar aşağı yaş qruplarının liqalarında yarışan "Olimpiya"nın (Ağcabədi) rəsmisi Orxan Əliyev və "Hindarx"ın (Ağcabədi) əməkdaşı Samiq Quliyevdir.
Hər iki şəxs futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırmaqda ittiham olunur.
O.Əliyev 1 il, S.Quliyev isə 6 ay futbolla bağlı heç bir iş görə bilməyəcək.