Əfsanəvi ser Aleks Ferqyusson bu gün cəmi 1 oyunluq baş məşqçiliyə qayıdacaq.

Offsideplus.az xəbər verir ki, 83 yaşlı şotlandiyalı mütəxəssis italiyalı futbolçu Cüzeppe Rossinin Florensiya şəhərində keçiriləcək vida matçında baş məşqçi olmağa razılaşıb.

Rossi karyerasının ilk illərini (2005-07-ci illərdə) Ferqyussonun rəhbərliyi altında "Mançester Yunayted"də keçirib. Onun ən parlaq dövrü isə "Vilyareal"da olub: 136 oyunda 54 qol.

Aleks Ferqyusson 2013-cü ildə "Mançester Yunayted"dən ayrıldıqdan sonra təqaüdə çıxıb.

BU DA MARAQLIDIR:

Fernandu Santuş bu suala cavab verməkdən yayındı