İtaliyada forma geyinən türkiyəli futbolçu karyerasında ilki yaşayıb.
Offsideplus.az xəbər verir ki, icarə əsasında Seriya B klublarından "Palermo"da çıxış edən və "Tranbzonspor"a məxsus olan Rayyan Baniya ilk dəfə Türkiyə millisinə çağırılıb.
26 yaşlı oyunçu komanda ilə birgə məşq prosesində iştirak edib.
İtaliyanın Bolonya şəhərində dünyaya gələn gənc müdafiəçi daha öncə Super Liqada "Fatih Karagümrük"ün də şərəfini qoruyub.