"Liverpul"un qapıçısı Alissonun zədəsi ciddi deyil.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı çərçivə qoruyucusu Braziliyanın Kolumbiya ilə oyununda "Qalatasaray"ın müdafiəçisi Davinson Sançeslə toqquşmuşdu. Aparılan testlərdən sonra onda ciddi problem olmadığı aşkarlanmışdı.
Buna baxmayaraq təcrübəli qapıçı Braziliya milli komandasının heyətindən çıxarılıb.
O, "Liverpul"un növbəti oyununda iştirak edə biləcək.