Edin Ceko mövsümün qalan hissəsində maska ilə oynayacaq.
Offsideplus.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin və “Fənərbağça”nın hücumçusu Edin Ceko ağır zədə alıb. Onun Rumıniya ilə keçirilən oyun zamanı burunu sınıb.
Təcrübəli futbolçu əməliyyat olunduqdan sonra mövsümün qalan hissəsində xüsusi qoruyucu maska ilə oynayacaq. “Fənərbağça”nın həkimləri onun tez bir zamanda komandaya qoşulması üçün müalicə prosesini diqqətlə izləyirlər.
Qeyd edək ki, “Fənərbağça”nın əzəli rəqibi olan “Qalatasaray”ın hücumçusu Viktor Osimhendə matçlara maska ilə çıxır.