NBA-nın ulduz oyunçularından biri olan Jayson Tatum Boston Celtics və Utah Jazz arasında keçirilən matçda heyranedici performans göstərib.

Offsideplus.az xəbər verir ki, komandasının 121-99 hesablı qələbəsinə böyük töhfə verən Tatum, xüsusilə bir epizodda inanılmaz fərdi bacarığı ilə diqqət çəkib.

O, topu rəqibin üzərindən fərqli üsulla keçirərək müdafiəçiləri çaş-baş salıb və asanlıqla səbətə yol tapıb. Onun bu hərəkəti azarkeşləri ayağa qaldırıb və sosial mediada geniş müzakirə olunmağa başlayıb.

Həmin görüntüləri sizə təqdim edirik: