Formula 1 üzrə Çində sabahkı əsas yarışın təsnifat mərhələsi keçirilib.
Offsideplus.az xəbər verir ki, "Maklaren"nin pilotu Oskar Piastri hamıdan sürətli olub. 22 yaşlı sürücü karyerasında ilk polunu qazanıb.
2-ci yeri "Mersedes"dən Corc Rassell, 3-cü yeri isə Piastrinin komanda yoldaşı Lando Norris tutub.
Əsas yarış sabah Bakı vaxtıyla saat 11:00-da başlayacaq.