“Barselona” 2026-cı il dünya çempionatından sonra Lionel Messini geri qaytarmaq istəyir.

Offsideplus.az "TNT Sports"a istinadən xəbər verir ki, “Barselona” əfsanəvi futbolçusu Lionel Messini yenidən komandaya qaytarmağı planlaşdırır. Kataloniya klubu argentinalı ulduzu 2026-cı il dünya çempionatından sonra heyətinə qatmaq niyyətindədir.

Hazırda “İnter Mayami”də çıxış edən 36 yaşlı Messi MLS-də karyerasını davam etdirir və onun müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. Bununla belə, “Barselona” rəhbərliyi futbolçunun DÇ-2026-dan sonra Avropaya qayıdışını mümkün hesab edir.

Xatırladaq ki, Lionel Messi 2021-ci ildə “Barselona”dan ayrılaraq PSJ-yə keçmiş, 2023-cü ildən isə karyerasını ABŞ-da davam etdirməyə başlamışdı. Kataloniya klubunun onun geri qayıdışı üçün maliyyə şərtlərini düzəltməyə çalışdığı bildirilir.

Maraqlıdır ki, Messi özü də bir neçə dəfə “Barselona”nın onun üçün hər zaman xüsusi yer tutduğunu vurğulayıb.