Braziliyalı əfsanə Pele Kriştiano Ronaldonu təbrik edib.

Offsideplus.az xəbər verir ki, Pele Ronaldonun millidə 100-cü qolunu vurmasının ardından ulduz oyunçuya təbrik ünvanlayıb. "Tvitter" hesabında paylaşım edən Pele belə yazıb:

"Düşünmüşdüm ki, bu gün 100-cü qolu bayram edəcəyik. Sən demə, əslində 101-ci imiş! Təbrik edirəm Kriştiano, səyahətində yeni zirvələrə çatmağın diləyilə".