İslandiyalı azarkeşlər DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İslandiya oyununda komandalarını yalnız buraxmayacaq.
Offsideplus.az xəbər verir ki, 25 islandiyalı bugünkü matçda iştirak edəcək. Bu barədə AFFA-nın mətbuat xidmətindən saytımıza məlumat verilib.
Qeyd edək ki, görüş saat 21:00-da başlayacaq. Matç "8-ci kilometr" stadionunda oynanılacaq.



